Bank Of Baku

Yorqos Papakonstantinu: “Yaxın üç ayda ITGI layihəsinə dair mühüm qərarlar qəbul ediləcək”

Yorqos Papakonstantinu: “Yaxın üç ayda ITGI  layihəsinə dair mühüm qərarlar qəbul ediləcək”
# 21 noyabr 2011 12:56 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. ITGI (Interconnector Turkey-Greece-İtaly) layihəsinə dair mühüm qərarlar qarşıdan gələn üç ay ərzində qəbul ediləcək. “APA-Economics”in “New Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Yorqos Papakonstantinu bəyan edib.

İstanbulda keçirilən “3-cü Qara dəniz enerji və iqtisadi əməkdaşlıq forumu” çərçivəsində Türkiyənin enerji naziri Taner Yıldız və Bolqarıstanın enerji naziri Tryço Traykovla görüşən nazir Azərbaycan qazının bu xətt vasitəsilə Avropaya nəqli imkanlarını müzakirə edib. Yorqos Papakonstantinu ümid etdiyini bildirib ki, ITGI (İtaliya-Türkiyə-Yunanıstan) layihəsi üzrə zəruri işlər yaxın zamanlarda start götürəcək.

Qeyd edək ki, ITGI İtaliyanın “Edison” və Yunanıstanın DEPA şirkətlərinin birgə layihəsidir. ITGI qaz boru kəməri layihəsi ilə Azərbaycan qazı İtaliya və Yunanıstana nəql olunur. Hazırda layihə çərçivəsində 1 mlrd. kub metr qaz ixrac olunur. 2012-ci ilə qədər İtaliya və Bolqarıstan arasında 150 km uzunluğunda yeni qaz boru kəməri inşa ediləcək. Bundan sonra İtaliya 10 mlrd., Yunanıstan 1 mlrd., Bolqarıstan isə 1-3 mlrd. kubmetr qaz alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR