Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
# 21 noyabr 2011 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti və Nəqliyyat Məsələləri üzrə Komissarı Slim Kallasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın enerji infrastrukturu, siyasəti, Azərbaycanın Avropa İttifaqı ilə bu sahədə əməkdaşlıq məsələləri, «Şərq Tərəfdaşlığı» Proqramı geniş müzakirə olunub: «Görüş zamanı qeyd olunub ki, artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi yer alır».

«Eyni zamanda görüşdə enerji resurslarının daşınması, o cümlədən Orta Asiyanın Azərbaycan üzərindən bu resursların daşınması, əsasən də Qazaxıstan neftinin Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə dünya bazarlarına çıxarılması məsələləri müzakirə olunub», - deyə A.Mənsimli bildirib.

Nazir N.Əliyev qeyd edib ki, hazırda Qazaxıstan nefti Azərbaycan ərazisi ilə daşınır və bu neftin həcmi 20 mln. tonu keçərsə, bu zaman yeni kəmərin tikintisi zərurəti ortaya çıxa bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR