Bank Of Baku

Bakı-Ceyhan və Bakı-Ərzurum boru kəmərləri ilə nəqletmə azalıb

Bakı-Ceyhan və Bakı-Ərzurum boru kəmərləri ilə nəqletmə azalıb
# 22 noyabr 2011 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 39,1 mln. ton və ya ötən ilin analoji dövrünə nisbətən 6,2% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 29,7 mln. ton neft ötürülüb. Ötən ilin ilk 10 ayı ilə müqayisədə BTC ilə nəqletmənin həcmi 7,2% azalıb.

Hesabat dövründə gəmilər vasitəsilə Azərbaycana gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,7 mln. ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 97,5% çoxdur.

Bunuyla yanaşı, cari ilin ilk 10 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 15 mlrd. kubmetr və ya 3,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmər vasitəsilə 3,7 mlrd. kubmetr və ya ötən ilin analoji dövrünə nisbətən 16% az qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR