Bank Of Baku

Gələn il Azərbaycanda 40 yeni qida sənayesi müəssisəsi açılacaq

Gələn il Azərbaycanda 40 yeni qida sənayesi müəssisəsi açılacaq
# 22 noyabr 2011 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yeni yaradılacaq, eləcə də fəaliyyət göstərən müəssisələrdə istehsal həcminin artırılması hesabına qida məhsullarının istehsalında 2012-ci ildə 4,1%, növbəti 3 ildə isə orta illik 4,7% artım proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu 2012-ci il dövlət büdcəsinin layihəsi üzrə parlamentdə keçirilən müzakirələrdə iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışında bildirib.

Ş.Mustafayevin sözlərinə görə, 2011-ci ildə istifadəyə verilməsi gözlənilən illik gücü 180 min ton yağ və marqarin istehsalı olan yeni zavodun, habelə proqnozlaşdırılan dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına qida sənayesinin inkişafına imkan yaradacaq sənaye üsulu ilə yeni quş əti və yumurta istehsalı, ət emalı, süd, çörək istehsalı və digər iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur: «Belə ki, təkcə növbəti ildə 3 yeni konserv zavodu, 4 müasir heyvandarlıq kompleksi, 5 süd emalı zavodu, 18 yeni damazlıq, ətlik və yumurtalıq quşçuluq müəssisəsi, 7 yeni çörək zavodu, 3 ət kəsimi fabriki istifadəyə veriləcək».

Nazirin sözlərinə görə, Sumqayıt Texnoparkında fəaliyyət göstərən müəssisələrin fəaliyyəti, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun 2012-ci ildə istismara verilməsi, Beynəlxalq Dəniz Ticarət limanının inşasının başa çatdırılması, proqnozlaşdırılan dövrdə gübrə zavodunun tikilməsi, həmçinin sənaye parklarının yaradılması qeyri-neft sənayesinin və bütövlükdə qeyri-neft sektorunun daha da genişlənməsinə imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR