Bank Of Baku

Azərbaycanla Avstriya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanla Avstriya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib
# 22 noyabr 2011 15:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Sənaye energetika naziri Natiq Əliyev Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar nazirinin müavini Andreas Rexhardtın başçılıq elədiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin «APA-Economics»ə verdiyi məlumata görə, görüşdə alternativ və bərpa oluna energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Natiq Əliyev Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində təcrübəsi və həyata keçirilən layihələr haqqında məlumat verib. Eyni zamanda qonaq da bu sahədə öz ölkəsinin təcrübəsi barədə danışıb. Avstriyalı qonaq bu sahədə ölkələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib. Bu təklif müsbət qarşılanıb və müzakirə üçün ekspertlərə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR