Bank Of Baku

Azərbaycanda qızıl hasilatı 11% azalıb

Azərbaycanda qızıl hasilatı 11% azalıb
# 23 noyabr 2011 08:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 494 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 10,8% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 1 063 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 10,7% çoxdur.

Cari il noyabr ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 29 kq, gümüşün isə 21 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 557 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3% azalıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızıl hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 685 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 32 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR