Bank Of Baku

Azərbaycanda xüsusi “Günəş evi”nin ilk sınaq nümunəsi yaradılıb

Azərbaycanda xüsusi “Günəş evi”nin ilk sınaq nümunəsi yaradılıb
# 23 noyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA-Economics. Azərbaycanda kombinə olunmuş günəş və külək enerjiləri arasında elektrik və istilik təchizatı həyata keçirən xüsusi “Günəş evi”nin elmi-texniki əsasları işlənilib və ilk sınaq nümunəsi yaradılıb.

Bu barədə “APA-Economics”ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. O deyib ki, alternativ və bərpa olunan enerji növlərinin istifadəsi aktual problemdir: “Bu problem üzərində hər bir ölkə işləməlidir. Nüvə enerjisi ilə bərpa olunan enerjilərin paralel istifadə olunması zəruridir. Çünki bərpa olunan enerjilərdən nə qədər istifadə edilərsə, tükənən enerji mənbələrinə o qədər qənaət edə bilərik. Ona görə də indi də, gələcəkdə də bərpa olunan enerji növlərindən optimal istifadə etmək lazımdır”.

A.Qəribov deyib ki, ilk növbədə Azərbaycanın bərpa olunan enerji növləri ilə bağlı potensialı öyrənilməlidir: “Küləyin dəyişmə qanunauyğunluqları öyrənilməli və uyğun texnologiya seçilməlidir. Azərbaycan küləyi Avropa küləyi deyil. Bizim külək həm sürətli, həm də tez-tez dəyişəndir. Ona görə də bu məsələyə diqqətlə yanaşmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR