Bank Of Baku

Bu ilin 9 ayında AÇG-dən 30 mln. ton neft və 2,8 mlrd. kubmetr səmt qazı hasil edilib

Bu ilin 9 ayında AÇG-dən 30 mln. ton neft və 2,8 mlrd. kubmetr səmt qazı hasil edilib
# 23 noyabr 2011 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində «BP-Azerbaijan» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsinə 501 mln. ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 1,352 mlrd. dollar əsaslı məsrəflər xərcləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütün il üçün isə AÇG fəaliyyəti üzrə əməliyyat məsrəflərinin 628 mln. dollar, əsaslı məsrəflərin isə 1,998 mlrd. dollar olacağı planlaşdırılır.

Hasilata gəldikdə, hesabat dövründə «BP-Azerbaijan» şirkəti «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə 29,9 mln. ton neft hasil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə AÇG-də 57 hasilat və 27 injektor quyusu istismarda olub.

«Birinci üç rüb ərzində biz Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 10,4 mln. kubmetr AÇG səmt qazı vermişik. Ümumilikdə birinci üç rüb ərzində ARDNŞ-a 2,8 mlrd. kubmetr AÇG səmt qazı təhvil verilib. Bu isə artıq bütün il üçün nəzərdə tutulmuş 2,3 mlrd. kubmetr plandan çoxdur», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR