Bank Of Baku

Bu ilin 9 ayında Səngəçal terminalından 229 mln. barel neft ixrac edilib

Bu ilin 9 ayında Səngəçal terminalından 229 mln. barel neft ixrac edilib
# 23 noyabr 2011 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Səngəçal terminalından təxminən 228,6 mln. barel neft ixrac edilib ki, bunun 201 mln. bareli Bakı-Tiflis-Ceyhan (BTC) vasitəsilə, 21,7 mln. bareli Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 4,7 mln. bareli isə dəmir yolu vasitəsilə ixrac olunub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın sonunadək bu rəqəmlər müvafiq olaraq 252,4 mln. barel olub ki, bunun 222 mln. bareli BTC vasitəsilə, 24 mln. bareli QİBK və 5 mln. bareli dəmir yolu vasitəsilə ixrac edilib.

«İlk üç rüb ərzində terminaldan gündəlik orta hesabla 16,6 mln. kubmetr «Şahdəniz» qazı ixrac edilib. Oktyabrın sonunadək bu rəqəm 17 mln. tona çatıb», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Səngəçal terminalına «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından neft və qaz sualtı boru kəmərləri göndərilir. Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 mln. barel neft və 25,5 mln. kubmetr qaz təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR