Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycan qazının Avropaya nəqli üçün yalnız bir marşrut seçiləcək»

Rövnəq Abdullayev: «Azərbaycan qazının Avropaya nəqli üçün yalnız bir marşrut seçiləcək»
# 04 aprel 2012 10:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən ixrac marşrutunun seçimi zamanı Azərbaycanın gələcəkdə qaz istehsalı proqramı əsas yer tutur.

Qeyd edək ki, hazırda qazın nəqli ilə bağlı üç potensial nəqletmə marşrutu nəzərdən keçirilir. Bunlardan biri TAP (Trans-Adriatik boru kəməri) layihəsi qazın Cənubi Avropaya – İtaliya istiqamətində nəqlini nəzərdə tutur. Digər iki marşrut – «Nabucco» və SEED layihələri isə qazın Mərkəzi Avropaya daşınması üçün təklif edilir. Bəzi ekspertlər bu seçim zamanı qazın nəqli üçün iki marşrutun (biri Cənubi, digəri Mərkəzi Avropaya olmaqla) qalacağını bildirsə də, ARDNŞ rəhbərliyi bu fikirləri təkzib edib. R.Abdullayevin sözlərinə görə, Azərbaycandan qazın nəqli üçün bir marşrut seçiləcək: «İki marşrut birdən qala bilməz, hələlik həcmlər buna imkan vermir. Amma elə marşrut seçiləcək ki, Azərbaycanın gələcək qazının da bazara çıxarılması üçün imkan olsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR