Bank Of Baku

Ukrayna və Azərbaycan maye qazın nəqli üçün birgə müəssisənin yaradılmasına dair danışıqları bərpa edəcək

Ukrayna və Azərbaycan maye qazın nəqli üçün birgə müəssisənin yaradılmasına dair danışıqları bərpa edəcək
# 05 aprel 2012 13:02 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ay Ukrayna və Azərbaycan arasında maye qazın Ukraynaya nəqli üçün birgə müəssisənin yaradılmasına dair danışıqlar bərpa olunacaq.

APA-Economics”in “UAenergy”yə istinadən xəbərinə görə, Ukrayna İnvestisiyaların və Milli Layihələrin İdarəedilməsi üzrə Dövlət Agentliyinin rəhbəri Vladislav Kaskiv bildirib ki, bu barədə razılıq Ukrayna və Azərbaycanın baş nazirləri Nikolay Azarovla Artur Rasizadə ilə Bakıda keçirilən görüşündə razılıq əldə olunub.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Ukrayna İnvestisiyaların və Milli Layihələrin İdarəedilməsi üzrə Dövlət Agentliyinin iştirakı ilə yaradılacaq birgə müəssisə maye qazın Qara dənizin Ukrayna sahilinə nəqlinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq. Maye qaz Ukraynaya “LNG-Ukraina” layihəsi çərçivəsində nəql olunacaq.

Qeyd edək ki, martın 22-də Ukrayna prezidenti Viktor Yanukoviçin sərəncamı ilə “LNG-terminal” milli layihəsi “LNG-Ukraina” layihəsi adı altında genişləndirilib. Bu layihə təkcə terminal tikintisini deyil, həm də Ukraynaya qaz nəqlinin alternativ mənbələrinin strategiyasının hazırlanmasını (“LNG-resurs”) nəzərdə tutur. Maye qazın nəqlinin birgə strategiyasının işlənməsi üçün Ukrayna “LNG-resurs” layihəsini baxılmaq üçün Azərbaycan Dövlət Neft Fonduna və İqtisadi İnkişaf Nazirliyinə təqdim edəcək.

Xatırladaq ki, Azərbaycan və Ukrayna 2011-ci ilin yanvarında Davosda keçirilən illik iqtisadi forum çərçivəsində maye qazın Ukraynanın LNG-terminalına çatdırılması üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR