Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını 10% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 10% artırıb
# 06 aprel 2012 10:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən bildirilib. Ötən ilin mart ayına nisbətən enerji istehsalı 10% artıb.

Martı ayında istehsal olunan enerjinin 2 mlrd. kVt/saata yaxını istilik elektrik stansiyalarının (İES) payına, 0,2 mlrd. kVt/saatdan çoxu isə su elektrik stansiyalarının (SES) payına düşüb. Martda Rusiya, Türkiyə, Gürcüstan və İran ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Ümumilikdə, 2012-ci ilin birinci rübündə 6,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin I rübünə nisbətən elektrik enerjisi istehsalı 16% artıb. «Azərenerji»nin məlumatına görə, ilk rübdə istehsal edilən enerjinin 5,9 mlrd. kVt/saata yaxını İES-lərdə, 0,6 mlrd. kVt/saata yaxını isə SES-lərdə istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR