Bank Of Baku

İran müxtəlif ölkələrə maye yanacaq ixracı ilə bağlı müqavilələr imzalayıb

İran müxtəlif ölkələrə maye yanacaq ixracı ilə bağlı müqavilələr imzalayıb
# 07 aprel 2012 13:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran bu il hər gün 44 milyon litr neft məhsulu satmağı planlaşdırıb”. APA-nın “İRİB”-ə istinadən məlumatına görə, bunu İran Milli Neft Emalı və Neft Ticarəti şirkətinin (NIORDC) korporativ planlaşdırılması üzrə icraçı direktoru Cəlil Salari deyib.

O bildirib ki, İran 2011-ci ildə qonşu ölkələrə təxminən 10 milyard dollar məbləğində məhsul ixrac edib: “Bu rəqəm 2010-cu illə müqayisədə 2 milyard dollar artım deməkdir. İrana qarşı sanksiyalara baxmayaraq, Tehran yeni neft müqavilələri imzalamağa davam edir. 2012-ci il üçün də müxtəlif ölkələrə maye yanacaq ixracı ilə bağlı müqavilələr imzalamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR