Bank Of Baku

İran nüvə reaktorunun istehsalı üçün əsas mərhələyə çatdığını bəyan edib

İran nüvə reaktorunun istehsalı üçün əsas mərhələyə çatdığını bəyan edib
# 07 aprel 2012 14:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Nüvə reaktorunun “şah damar”ına çatmağa nail olduq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Firuddin Abbasi deyib.

O bildirib ki, İran nüvə reaktorunun istehsalı üçün əsas mərhələyə çatıb: “Reaktor inşasının “şah damarı” nüvə yanacağının istehsalıdır ki, İran artıq buna nail olub. Ölkəmiz 3-5 il ərzində hovuz tipli nüvə reaktoru inşa edə biləcək. Bu, Tehranın tədqiqat reaktoru növüdür və gücü ikiqat olacaq”.

F.Abbasi əlavə edib ki, hazırda 1000 meqavatlıq reaktor istehsalı üçün İran şirkətləri ilə danışıqlar aparılır: “Bu işdə xarici şirkətlər də ortaqlıq edə biləcəklər. İran Qərbdən nüvə yanacağı istədi. Amma Avropa bizə onu vermədi. Odur ki, iranlı alimlər fəaliyyətə başlayaraq 20% zənginləşdirilmiş nüvə yanacağı istehsal etməyə nail oldular”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR