Bank Of Baku

İran Milli Neft Şirkəti: Ermənistan İrandan neft məhsulları almağa başlayıb

İran Milli Neft Şirkəti: Ermənistan İrandan neft məhsulları almağa başlayıb
# 09 aprel 2012 13:10 (UTC +04:00)
APA-Economics”in “Armenia Today”ə istinadən xəbərinə görə, bu barədə İran Milli Neft Şirkətinin satış üzrə icraçı direktoru Cəlil Salari bildirib.

Onun sözlərinə görə, neft məhsullarını Gürcüstan vasitəsilə almaq iqtisadi baxımdan Ermənistana sərf etmir: “Ona görə də Ermənistan İrandan neft məhsulları idxal etməyə başlayıb”.

C.Salari qeyd edib ki, ilkin mərhələdə İranın özəl sektoru neft məhsullarını avtomobil yolları vasitəsilə ixrac edəcək, sonradan isə bu iş boru kəmərləri vasitəsilə davam etdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayında İran və Ermənistanın energetika nazirləri arasında imzalanmış sazişə əsasən, İran Ermənistana benzin, dizel yanacağı və aviasiya yanacağı ixrac edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR