Bank Of Baku

Bakı-Ceyhan boru kəməri ilə neftin nəqli martda 10% artıb

Bakı-Ceyhan boru kəməri ilə neftin nəqli martda 10% artıb
# 09 aprel 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 698 962 ton Azərbaycan nefti nəql olunub ki, bu da əvvəlki aya nisbətən 10,1% çoxdur.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 927 600 ton neft ötürülüb. Bu isə ötən ilin ilk rübü ilə müqayisədə 8,1% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il aprel ayının 1-dək BTC-yə 183 705 300 ton neft vurulub.

Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 317 981 ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. BTC-nin səhmdarları sırasına «BP Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR