Bank Of Baku

Azərbaycan neftinin Ceyhandan ixracı martda 5% artıb

Azərbaycan neftinin Ceyhandan ixracı martda 5% artıb
# 09 aprel 2012 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində 2 488 441 ton Azərbaycan nefti Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından dünya bazarlarına çıxarılıb ki, əvvəlki aya nisbətən bu göstərici 5,4% artıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 938 462 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 7 304 920 ton olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 11% azdır.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən 2012-ci il aprel ayının 1-dək Ceyhan limanından 181 322 948 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında istifadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (onun 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 077 km isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü isə 50 mln. ton təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR