Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu yeni neft-kimya kompleksinin inşası layihəsinin maliyyələşdirilməsində iştirak edəcək

Azərbaycan Dövlət Neft Fondu yeni neft-kimya kompleksinin inşası layihəsinin maliyyələşdirilməsində iştirak edəcək
# 10 aprel 2012 07:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Qaradağ rayonu ərazisində tikiləcək yeni neft-kimya kompleksinin inşası layihəsinin maliyyələşdirilməsində iştirak edəcək. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib: «Dövlət Neft Fondu Azərbaycanda müasir neft-kimya kompleksinin tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edəcək».

Ş.Mövsümov qeyd edib ki, bu layihənin əhəmiyyətini və yüksək maliyyə göstəricilərini nəzərə alaraq, ARDNF ona verilən investisiya mandatı çərçivəsində layihənin maliyyələşdirilməsində iştirak edəcək.

Xatırladaq ki, bu kompleksin inşası layihəsi 13-15 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Lakin real xərclərin buna nisbətən 30% çox və ya az ola biləcəyi bildirilir. Kompleksin inşası ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması artıq başa çatıb. Kompleksin tikintisinin 5-7 il davam edəcəyi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR