Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» strukturunda dərin qaz yataqlarının işlənməsi ilə bağlı müqavilə bu il imzalanacaq

«Azəri-Çıraq-Günəşli» strukturunda dərin qaz yataqlarının işlənməsi ilə bağlı müqavilə bu il imzalanacaq
# 10 aprel 2012 07:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) strukturunun yerləşdiyi ərazidə daha dərin qatlarda mövcud olan qaz yataqlarının işlənməsi ilə bağlı müqavilənin 2012-ci ilin sonuna imzalanacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda dərin laylardakı qazın hasilatı ilə bağlı müqavilənin layihəsi hazırlanır. «Bu layihənin iştirakçıları da «Azəri-Çıraq-Günəşli» layihəsində iştirak edən şirkətlər olacaq. İlin sonuna by müqavilə imzalanacaq», - deyə ARDNŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, AÇG layihəsinin iştirakçıları qismində «BP-Azerbaijan» (operator – 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR