Bank Of Baku

Azərbaycanda inşa ediləcək yeni neft emalı zavodunda xarici neft də emal olunacaq

Azərbaycanda inşa ediləcək yeni neft emalı zavodunda xarici neft də emal olunacaq
# 10 aprel 2012 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yeni neft-qaz və neft-kimya emalı kompleksinin tikintisi layihəsi üzrə sənədlər paketi Nazirlər Kabinetinə təqdim olunub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bəyan edib.

T.Qəhrəmanov bildirib ki, kompleksin tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində neft emalı, qaz emalı və neft-kimya zavodlarının tikintisi planlaşdırılır. Neft emalı zavodunun istehsal gücü ildə 10 mln. ton, qaz emalı zavodunun gücü isə ildə 10 mlrd. kubmetr təşkil edəcək. Neft-kimya zavodunda 30-a yaxın neft-kimya məhsulunun istehsalı planlaşdırılır.

T.Qəhrəmanov qeyd edib ki, neft emalı zavodunun xammal təminatı ilə bağlı iki əsas variant nəzərdən keçirilir. Belə ki, xammalın 70%-ni ARDNŞ nefti və 30%-ni «Azeri Light» nefti və ya 70%-ni ARDNŞ nefti və 30%-ni «Urals» və «Tengiz» nefti təşkil edə bilər. «Qaz emalı zavodu üçün xammal kimi isə əsasən «Ümid», «Babək», «Naxçıvan» yataqlarından hasil ediləcək qazdan istifadə nəzərdə tutulur», - deyə ARDNŞ rəsmisi vurğulayıb.

Qeyd edək ki, layihənin ümumi dəyəri 14 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir, layihənin rentabellik səviyyəsi 13%, ödənmə müddəti 7 ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR