Bank Of Baku

Azərbaycan reaktiv yanacaq istehsalına hazırlaşır

Azərbaycan reaktiv yanacaq istehsalına hazırlaşır
# 10 aprel 2012 09:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda inşa olunacaq yeni neft, qaz və kimya kompleksi Abşeron və Qaradağ rayonlarının sərhədində sahəsi 1 500 hektar olan ərazidə tikiləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, kompleksdə neft və qaz emalı ilə bağlı müəssisələr olacaq: «Burada neft emalı sənayesinin illik istehsal gücü 10 mln. ton, qaz emalı isə 10 mlrd. kubmetr olacaq. Kompleksdə dünya standartlarına uyğun neft məhsulları istehsal olunacaq. Dizel yanacağının istehsalı xüsusi ilə diqqətdə saxlanılacaq ki, bu da gələcəkdə Azərbaycana qənaətli avtomobillərin gətirilməsinə imkan yaradacaq. Bununla yanaşı kompleksdə keyfiyyətli və dünya bazarında böyük tələbat olan reaktiv təyyarələr üçün yanacaq istehsalı da nəzərdə tutulur ki, bu da Azərbaycanın neft-kimya sənayesinə böyük gəlir gətirəcək».

R.Abdullayev bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən neft emalı müəssisələri funksional cəhətdən daha 8-10 il işləyə bilər.

Qeyd edək ki, layihənin ümumi dəyəri 14 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir, layihənin rentabellik səviyyəsi 13%, ödənmə müddəti 7 ildir. Layihə çərçivəsində tikinti işlərinə 2013-cü ilin əvvəlində başlanması və 2020-ci ildə başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR