Bank Of Baku

Azərbaycan 2015-ci ilədək mövcud neft emalı kompleksinin inkişafını başa çatdıracaq

Azərbaycan 2015-ci ilədək mövcud neft emalı kompleksinin inkişafını başa çatdıracaq
# 10 aprel 2012 09:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə “Azərbaycan Dövlət Neft Şirkəti neft-qaz və neft-kimya Forumu”nda çıxış edən ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

“Bu il biz Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ilkin neft emalı qurğusunun istehsal gücünün artırılması üzrə işlərə başlamaq niyyətindəyik və 2014-cü ildə bu işləri başa çatdırmağı planlaşdırırıq. Hazırda texniki-iqtisadi əsaslandırma hazırlanır. Podratçı şirkət seçilib, qısa müddət ərzində “Foster Wheeler” şirkəti ilə müqavilə imzalanacaq” - deyə D.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda benzinin keyfiyyətinin artırılması işlərinə də başlanacaq: “Bu istiqamət üzrə layihə hazırlanır. Layihə 2014-cü ildə başa çatdırılacaq. Bununla əlaqədar UOP şirkəti ilə yaxın gələcəkdə müqavilə imzalanacaq. Eyni zamanda 2012-2013-cü illəri əhatə edəcək dizel yanacağının həcminin artırılması layihəsi də gündəmdədir. İndiyədək dizel yanacağının keyfiyyətinin yaxşılaşdırılması layihəsini başa çatdırmışıq. Hazırda bu yanacaq növü “Avro-2” standartlarına cavab verir”.

D.Məmmədov “Azərneftyağ” zavodunda elektrik enerjisinin azaldılması istiqamətində rekonstruksiya işlərinin aparıldığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR