Bank Of Baku

Səfir: Ukrayna TANAP layihəsində iştirak etməkdə maraqlıdır

Səfir: Ukrayna TANAP layihəsində iştirak etməkdə maraqlıdır
# 11 aprel 2012 10:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Ukrayna TANAP (Trans-Anadolu qaz kəməri) layihəsində iştirak etməkdə maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın bu layihədə iştirakı məsələsi Azərbaycan və Ukrayna prezidentlərinin Davosda keçirilən görüşündə qaldırılıb. Hazırda Ukraynanın TANAP layihəsində iştirakının mümkünlüyünü araşdırmaq üçün ekspertlər səviyyəsində məsləhətləşmələr keçirilməlidir.

“Ümid edirik ki, ekspertlər daha real mənzərəni ortaya çıxaracaqlar. Biz tərəfdaşlarımız üçün bütün məqbul kombinasiyaları nəzərdən keçirməyə hazırıq. Enerji təhlükəsizliyi bizim üçün çox vacib məsələdir. Ona görə də bu layihə diqqətimizi cəlb etməyə bilməzdi” - deyə səfir vurğulayıb.

“Vikinq” nəqliyyat layihəsi ilə bağlı sualı cavablandıran A.Mişenko qeyd edib ki, Ukrayna Azərbaycanın bu layihəyə qoşulmasını alqışlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR