Bank Of Baku

ARDNŞ-ın Hüquq İdarəsi KİV nümayəndələri ilə Bakının Sulutəpə qəsəbəsi ərazisinə baxış keçirib

ARDNŞ-ın Hüquq İdarəsi KİV nümayəndələri ilə Bakının Sulutəpə qəsəbəsi ərazisinə baxış keçirib
# 11 aprel 2012 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq İdarəsinin əməkdaşlarının iştirakı ilə şirkətin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrində və neft quyularının mühafizə zonasında aparılan qanunsuz tikililərlə bağlı Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisinə KİV nümayəndələri ilə birlikdə baxış keçirilib.

APA-Economics”in xəbərinə görə, reyd zamanı ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib ki, Sulutəpə ərazisi hasilatın pay bölgüsü haqqında sazişə əsasən “Binəqədi OİL” şirkətinin istifadəsinə verilib və kontrakt sahəsi hüdudlarının daxilində yerləşməsi, yalnız təyinatı üzrə istifadə oluna biləcəyi qeyd olunub.

O, çoxdan tikilmiş və məskunlaşmış, hazırda içərisində yaşayış olan evlərin ARDNŞ tərəfindən sökülmədiyini bildirib: “Görülən tədbirlər yeni tikililərin qarşısının alınması istiqamətində aparılır”.

Reyd zamanı son dövrlər Sulutəpə ərazisində aparılmış tədbirlərdən danışılıb, foto və videomateriallar, peyk çəkilişləri, digər təsdiqedici sənədlər nümayiş etdirilib və göstərilib ki, aparılmış söküntü işləri yalnız yeni tikililərə aid olub.

Görüşdə qanunvericiliyə əsasən neft-qaz sənayesinin təhlükə potensiallı obyektlər kateqoriyasına aid olması, aparılan mübarizənin daha çox baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-ın məsuliyyət və riskləri tənzimləməsi ilə əlaqədar olması reyd iştirakçılarının diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR