Bank Of Baku

ARDNŞ və «Sumitomo» şirkəti arasında yeni sənəd imzalanıb

ARDNŞ və «Sumitomo» şirkəti arasında yeni sənəd imzalanıb
# 11 aprel 2012 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yaponiyanın «Sumitomo» şirkəti arasında anlaşma memorandumu imzalanıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, memoranduma əsasən, tərəflər ətraf mühitin mühafizəsi istiqamətində pilot layihələr üzrə birgə tədqiqat işləri aparmaq haqda razılığa gəlib.

Memorandumda həmçinin, neft ilə birlikdə hasil edilən aşağı təzyiqli səmt qazlarının yığılaraq istehlakçılara nəql edilməsi və işıqsaçan diodlar əsasında işıqlandırmanın əvəzetmə layihələrinin ARDNŞ-ın müəssisələrində tətbiq olunması öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR