Bank Of Baku

ARDNŞ-ın mədən ərazilərində və neft-qaz boru kəmərlərinin mühafizə zolağında 1 521 qanunsuz tikinti aparılıb

ARDNŞ-ın mədən ərazilərində və neft-qaz boru kəmərlərinin mühafizə zolağında 1 521 qanunsuz tikinti aparılıb
# 11 aprel 2012 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar ayının 1-dək Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mədən ərazilərində və neft-qaz boru kəmərlərinin mühafizə zolağında aparılmış qanunsuz tikililərin sayı 1 521 olub. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

Onun sözlərinə görə, «Binaqadi Oil Company»nın ərazisində qanunsuz tikili üzrə 343 fakt, «Azərneftyağ» Neft Emalı Zavodu ərazisində 6, «Azəriqaz» İstehsalat Birliyinin ərazisində 14, «Azgerneft» MMC-nin ərazisində isə 139 fakt aşkarlanıb.

E.Orucov bildirib ki, «Azneft» İstehsalat Birliyi üzrə özbaşına tikililərin sayı 521, o cümlədən «Balaxanıneft» Neft Qaz Çıxarma İdarəsi (NQCİ) üzrə 122, H.Z.Tağıyev adına NQÇİ üzrə 159, «Abşeronneft» NQÇİ üzrə 12, Ə.C.Əmirov adına NQÇİ üzrə 54, «Bibiheybətneft» NQÇİ üzrə 60, Qaz Anbarlarının İstismarı İdarəsi üzrə 8, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni üzrə 6, Neft Kəmərləri İdarəsi üzrə isə 77 olub.

İdarə rəisi qanunsuz tikililərlə bağlı hüquq-mühafizə və müvafiq icra hakimiyyəti orqanlarına 150-dən çox müraciətin edildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR