Bank Of Baku

Avropa Komissiyasının Azərbaycanda energetika sahəsində islahatlara Dəstək Proqramının II mərhələsinə start verilib

Avropa Komissiyasının Azərbaycanda energetika sahəsində islahatlara Dəstək Proqramının II mərhələsinə start verilib
# 12 aprel 2012 08:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyində «Avropa Komissiyasının Azərbaycanda energetika sahəsində islahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramı»nın ikinci mərhələsinin başlanması ilə əlaqədar tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə həmin Proqram çərçivəsində görülən işlər, tədbirlər planı və gələcək addımlar haqqında məlumat verilib.

Qeyd edək ki, Proqram çərçivəsində onun tərkib hissəsi kimi xüsusi tədbirlər planı hazırlanıb. Planın məqsəd və vəzifələri sırasında energetika sektorunda bazar iqtisadiyyatı prinsiplərinə uyğun strategiyanın hazırlanması, ölkədə alternativ və bərpa olunan enerjinin səmərəli istifadəsinin artırılması, alternativ və bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, Dövlət Agentliyinin işinin Avropa standartlarına uyğun təşkil edilməsi və s. mühüm məsələlər əksini tapıb.

Qeyd edək ki, Proqramın həyata keçirilməsi üçün 2010-cu ilin sonunda 3 mln. avro həcmində ilk ödəniş, 2011-ci ilin sonunda həmin məbləğdə ikinci ödəniş edilib, 7 mln. avro həcmində olan qalan hissənin isə 2012-ci ildə ödəniləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR