Bank Of Baku

Azərbaycanda alternativ enerjiyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Azərbaycanda alternativ enerjiyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 24 aprel 2012 09:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda «Azərbaycan 2020: Bərpa olunan enerji və davamlı inkişaf» adlı beynəlxalq konfrans keçirilib. «APA-Economics»in məlumatına görə, konfransda çıxış edən sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanın neft və qazla zəngin ölkə olmasına baxmayaraq, bərpa olunan enerji sahəsinin inkişafı strateji məsələlərdən biri olduğunu bildirib.

N.Əliyev qeyd edib ki, bərpa olunan enerji sahəsinin 2020-ci ilə qədər inkişafı ilə bağlı müvafiq qərar qəbul olunub və həmin vaxtadək bu sektorun ümumi enerji istehsalında payı 10%-ə çatdırılması ilkin hədəf kimi götürülsə də, hazırda bu hədd artıq 20%-ə çatdırılıb. N.Əliyev məlumat verib ki, dünyanın aparıcı ölkələri öz siyasətlərində hədəf kimi məhz həmin rəqəmə əsaslanır.

Nazir bərpa olunan enerjinin müxtəlif tərəflərindən, o cümlədən təhlükəsizlik, ekoloji təmizlik və sair cəhətlərdən əlverişli və lazımi olduğunu qeyd edib.

Konfransda çıxış edən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Valeh Ələsgərov da Azərbaycanda bərpa olunan enerjinin inkişafının zəruri olduğunu və bu istiqamətdə ciddi işlərin həyata keçirildiyini bildirib. Eyni zamanda V.Ələsgərov qeyd edib ki, Azərbaycanda əsas enerji mənbəyi kimi su və qazdan istifadə olunur ki, bu, kömür kimi digər mənbələrlə müqayisədə daha əlverişli və təhlükəsizdir. Bundan əlavə V.Ələsgərov nüvə energetikasının perspektivli olduğunu vurğulayıb və onun Azərbaycanda da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR