Azərbaycan prezidenti Sumqayıtda Azgüntex zavodunun açılışında iştirak edib
”APA-Economics”in xəbərinə görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov prezidentə bildirib ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır.
Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdikdən sonra müəssisənin altımərtəbəli inzibati binası ilə tanış olub. Bildirilib ki, inzibati bina bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub, burada işçilərin səmərəli fəaliyyəti üçün hər cür imkan var. Zavod tam kompyuterləşdirilib, “Wi-Fi” şəbəkəsi yaradılıb. İşçilərin istirahəti üçün ayrıca sağlamlıq zalı da fəaliyyət göstərir.
Azərbaycanda alternativ və bərpa olunan enerji siyasətindən bəhs edən filmi izləyən prezident İlham Əliyev binanın foyesində Azgüntex zavodunda hazırlanan günəş panellərinin nümunələrinə baxıb. Bildirilib ki, müəssisədə hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcək. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulur.
Prezident İlham Əliyevə “min ev - min elektrostansiya” layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlib. Bu elektrostansiyalardakı günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcək. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaq. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir.
Dövlət başçısı inzibati binadan Sumqayıt Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazini seyr etdikdən sonra zavodun Günəş modulları istehsalı xətti ilə tanış olub. Bildirilib ki, hazırda müəssisədə bir növbədə 33 nəfər işləyir. Üçnövbəli iş rejiminə keçdikdən sonra işçilərin sayı 130 nəfərə çatdırılacaq. Alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunan zavodda ekoloji normalara ciddi əməl edilir. Burada işçilərin sağlam və təhlükəsiz fəaliyyəti üçün yüksək şərait yaradılıb.
Azərbaycan prezidenti zavodu işə salıb və istehsal prosesini izləyib. Diqqətə çatdırılıb ki, Günəş panellərinin istehsal olunduğu texnoloji xətdə proses tam avtomatlaşdırılıb. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min Günəş paneli istehsal olunacaq. Hazırda avadanlığın quraşdırıldığı LED lampaları istehsalı sahəsi istismara verildikdən sonra burada ildə 36 mln. LED çipi və 12 mln. LED lampası hazırlanacaq.
Sonra prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə tanış olub. Məlumat verilib ki, ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaq. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcək. Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda sürətlə yayılan və yeni nəsil işıqlandırma sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət istifadəyə yararlılığı ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.
Dövlət başçısına Sumqayıt məişət tullantıları emalı zavodunun layihəsi barədə də məlumat verilib. Bildirilib ki, zavodun illik emal gücü 146 min ton olacaq.
Sənaye və energetika
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Nazir: Enerji səmərəliliyinə yatırımlar iqtisadiyyat üçün ən yüksək gəlir gətirən investisiyalar sırasındadır
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
Xəbər Lenti
“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutulub - VİDEO
Şuşada TDT-yə üzv ölkələrin dini qurum rəhbərlərinin ilk görüşü keçirilib - FOTO - YENİLƏNİB
TDT-yə üzv ölkələrin dini qurum rəhbərləri Şuşa ilə tanış olublar - FOTO
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb
İsrailin qondarma “erməni soyqırımı” qərarı: Türkiyənin yanında ilk dayanan yenə Azərbaycan oldu - TƏHLİL
İyunun 21-də keçirilən imtahanların nəticələri elan olunub
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlanıb
Milli Məclisin Dəstək Qrupu Korsika xalqına ən geniş muxtariyyət statusunun verilməsinə çağırış edib
Akademik tanınma şəhadətnaməsi üçün müraciət tarixi uzadılıb
PAŞA Sığorta yol qırağında dayanmış avtomobilə dəyən zərəri ödəyib
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır
Satınalan təşkilatlarla bağlı avans təminatına dair hüquqi əsas formalaşdırılır
“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt müəyyənləşir
Paytaxtda 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycanın beynəlxalq təşkilatlarda diplomatik zəfərləri: Uğurlu xarici siyasət kursu - TƏHLİL
AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək
İran XİN: Dohada ABŞ-la ayrıca görüş planı yoxdur, müzakirələr memorandumla bağlıdır
Şuşada TDT-nin dini qurum rəhbərlərinin Birinci görüşünün yekun kommünikesi imzalanıb - FOTO
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
MegaSec regionda süni intellekt və kibertəhlükəsizlik sahələrində yerli texnologiya ekosistemini gücləndirir - FOTO
Rutte: ABŞ-ın NATO-dan uzaqlaşdığına dair iddialar həqiqəti əks etdirmir
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
FHN: Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-1
Samvel Karapetyan: Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün "məxfi planı"mız var
Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi qaydası təsdiqlənib
Yeni peşə təhsili ixtisasları yaradılıb
Dövlət Komissiyası daha 6 itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb
Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq
Baltik regionunda NATO-nun yeni hərbi komanda mərkəzi istifadəyə verilib
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
Aİ Ukraynaya dron texnologiyası üçün 3,9 mlrd. avro ayırıb
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirə keçirilib
Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb - VİDEO
Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib
Nazir: Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
Özbəkistanın komitə sədri: Türk dünyasında din və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir
Emin Əmrullayev: Doktoranturaya qəbul sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır
Zelenski Ukraynanın Moskva vilayətində "Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirdiyini təsdiqləyib
Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək
ICMP-nin Baş direktoru: Hələ də aşkarlanmalı olan kütləvi və gizli məzarlıqlar var - MÜSAHİBƏ
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
İranda silahlı hücum olub, iki SEPAH üzvü öldürülüb
Paşinyan Tehranda Əli Xameneinin vida mərasimində iştirak edəcək
Müdafiə naziri: Türkiyə SAMP/T və “Patriot” sistemlərini almağı planlaşdırır