Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə Türkmənistan neftinin nəqli artıb

Bakı-Ceyhan kəməri ilə Türkmənistan neftinin nəqli artıb
# 25 aprel 2012 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 11,5 mln. ton və ya ötən ilin analoji dövrünə nisbətən 5% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 77,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8,9 mln. ton neft ötürülüb. Ötən ilin ilk üç ayı ilə müqayisədə BTC ilə nəqletmənin həcmi 3,3% azalıb.

Hesabat dövründə gəmilər vasitəsilə Azərbaycana gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 962,9 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 56,2% çoxdur.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 5,5 mlrd. kubmetr və ya 11% çox qaz nəql edilib. Nəql edilmiş qazın 23,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmər vasitəsilə 1,3 mlrd. kubmetr qaz ötürülüb ki, bu göstərici ötən ilin yanvar-mart aylarına nisbətən dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR