Bank Of Baku

ARDNŞ-ın Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlayıb

ARDNŞ-ın Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlayıb
# 26 aprel 2012 13:26 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu başlayıb. Bu barədə “APA-Economics”ə ARDNŞ-ın Təlim və inkişaf şöbəsi İnsan Resursları departamentindən məlumat verilib.

Proqrama Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura pillələri üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr müraciət edə bilərlər.

Ödənişli Yay Təcrübəsi Proqramı tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları və nəzəri biliklərinin təcrübədə tətbiqi, iş keyfiyyətləri barədə ARDNŞ-da daha dolğun informasiyanın toplanması məqsədi daşıyır. Yay Təcrübəsinə seçilən tələbələrlə müvafiq iş yerində müvəqqəti (1 və ya 2 aylıq) əmək müqaviləsi bağlanılacaq və təcrübəçilərə aylıq əmək haqqı ödəniləcək.

Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Ödənişli Yay Təcrübəsinin şərtləri və suallar bölməsi ilə tanış olduqdan sonra müraciət-ərizə formasını dolduraraq elektron qeydiyyata düşə bilərlər. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn rejimdə 15 May 2012-ci il tarixinə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR