Bank Of Baku

«Japan Gasoline Corporation» Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etməkdə maraqlıdır

«Japan Gasoline Corporation» Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etməkdə maraqlıdır
# 26 aprel 2012 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanda səfərdə olan Yaponiyanın «Japan Gasoline Corporation» Şirkətlər Qrupunun sədri Atsumu Şigehisanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər arasında enerji sahəsində mövcud əməkdaşlıq, neft-qaz hasilatı, əldə olunmuş nailiyyətlər və hazırda həyata keçirilən layihələr müzakirə olunub.

Görüş zamanı A. Şigehisa rəhbərlik etdiyi korporasiyanın Yaponiyanın enerji təminatında vacib rol oynayan əsas şirkətlərdən biri olduğunu bildirib və qeyd edib ki, «Japan Gasoline Corporation» Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etməkdə maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR