Bank Of Baku

“Qaradağ Sement” adını “Holcim (Azərbaycan)”a dəyişib

“Qaradağ Sement” adını “Holcim (Azərbaycan)”a dəyişib
# 27 aprel 2012 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. “Qaradağ Sement” ASC rebrendinq apararaq adını “Holcim (Azərbaycan)”a dəyişib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, zavodun ərazisində keçirilən və “Holcim” brendinin fəaliyyətə başlamasına həsr olunan təntənəli mərasimi İsveçrənin Azərbaycandakı səfiri xanım Sabina Ulmann və şirkətin baş direktoru Raul Valdbörger açıb.

Tədbirdə “Holcim” Qrupunun üzv şirkətlərinin nümayəndələri, adi əməkdaşları iştirak edib.

“Holcim (Azərbaycan)” adı şirkətin hüquqi adının dəyişməsində öz əksini tapacaq, həmçinin bütün məhsul, marketinq və korporativ materialları, zavodun və şəhərdə yerləşən ofisin xarici və daxili loqotiplərində yerləşdiriləcək. Bununla əlaqədar şirkət haqqında bütün zəruri məlumat şirkətin yeni www.holcim.az saytında yerləşdiriləcək ki, burada hər kəs öz sualını verib cavab ala biləcək. Bundan əlavə, yerli tərəfdaşlar, istehlakçılar və KİV nümayəndələri sözügedən korporativ sayt vasitəsilə öz sorğularına cavab ala biləcəklər. Əməkdaşların korporativ elektron ünvanları müvafiq olaraq holcim.az ilə əvəzlənəcək.

Qeyd edək ki, “Holcim (Azərbaycan)” dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim” Qrupunun bir hissəsidir. “Holcim” dünyanın aparıcı sement və digər tikinti materialları (qırma daş, çınqıl və qum), həmçinin beton qarışığı və asfalt təchizatçısıdır. Qrup bütün qitələr üzrə 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR