Bank Of Baku

«Japan Gasoline Corporation» sədri Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşüb

«Japan Gasoline Corporation» sədri Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşüb
# 27 aprel 2012 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov və strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Bakıda səfərdə olan Yaponiyanın «Japan Gasoline Corporation»un sədri Atsumu Şigehisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı D.Məmmədov ARDNŞ-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, Yaponiya ilə əməkdaşlıq sahələri arasında enerji, neft-qaz hasilatı istiqamətlərinin xüsusi yer tutduğunu qeyd edib və bildirib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə müxtəlif neft-qaz əməliyyatlarında dost ölkənin şirkətləri fəal iştirak edir. Öz növbəsində T.Qəhrəmanov Azərbaycanda inşası planlaşdırılan yeni neft-qaz emalı və neft-kimya kompleksi layihəsi barədə məlumat verib.

Görüş zamanı A.Şigehisa rəhbərlik etdiyi korporasiyanın layihələndirici, mühəndis və podratçı şirkət kimi fəaliyyətindən geniş söhbət açıb. O, təmsil etdiyi korporasiyanın ARDNŞ-ın həyata keçirdiyi müxtəlif layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR