Bank Of Baku

ARDNŞ və “Bolqarıstan Enerji Holdinqi” arasında anlaşma memorandumu imzalanıb

ARDNŞ və “Bolqarıstan Enerji Holdinqi” arasında anlaşma memorandumu imzalanıb
# 27 aprel 2012 10:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Bolqarıstan Enerji Holdinqi” arasında qaz sahəsində və neft məhsullarının alqı-satqısında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

APA-Economics”in xəbərinə görə, imzalanma mərasimi Bolqarıstanın baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Memorandum Azərbaycan qazının Bolqarıstana nəqli məsələsində tərəflərin əməkdaşlığını daha da dərinləşdirəcək.

Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqli məsələsi Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR