Bank Of Baku

Günter Ottinger: “Avropa Komissiyası və Azərbaycan arasında Transxəzər qaz kəməri ilə bağlı aparılan danışıqlar bu ilin ortalarında başa çata bilər”

Günter Ottinger: “Avropa Komissiyası və Azərbaycan arasında Transxəzər qaz kəməri ilə bağlı aparılan danışıqlar bu ilin ortalarında başa çata bilər”
# 27 aprel 2012 13:41 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə enerji məsələləri üzrə avrokomissar Günter Ottinger “Avropa Komissiyası-Rusiya enerji dialoqu: qaz aspekti” mövzusunda keçirilən konfransın kuluarlarında bildirib.

“Avropa Komissiyasının funksiyası qarantiya vermək deyil, işi təşkil etməkdir” - deyə G.Ottinger qeyd edib.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə bəyan edib ki, Transxəzər qaz boru kəmərinin inşası layihəsi Azərbaycanın deyil, Türkmənistan və Avropa Birliyinin layihəsidir və Azərbaycan burada tərəfdaş kimi çıxış etmir: “Layihənin reallaşdırılması Türkmənistan və Avropa Birliyinin işidir, Azərbaycan burada ən yaxşı halda tranzit ölkə kimi çıxış edə bilər.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR