Bank Of Baku

Bu gün Abşeron, Xəzər, Binəqədi və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Abşeron, Xəzər, Binəqədi və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 01 may 2012 09:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Abşeron, Xəzər, Binəqədi və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək «Şimal DRES» Qazpaylayıcı Stansiyasından, Ağstafa Avtomatik Qazpaylayıcı Stansiyasından, həmçinin Müşfiqabad Qazpaylayıcı Stansiyasından qidalanan «Sulutəpə-Xırdalan», Xırdalan Qazpaylayıcı Stansiyasından qidalanan «Mexkalon» və Xırdalan, «Buzovna 1-97» Qaztənzimləyici Məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Xəzər rayonunun Buzovna, Albalılıq, Zuğulba, Şüvəlan, Bağlar qəsəbəsinə, Xırdalan şəhəri də daxil olmaqla Abşeron rayonunun Qobu, Güzdək, Hökməli kəndlərinə və Mexkalon adlanan yaşayış massivinə, Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə, Ağstafa şəhəri daxil olmaqla rayonun Dağkəsəmən, Poylu, Aşağı Kəsəmən, Qıraq Kəsəmən kəndlərinə, Poylu, Qaçaq Kərəm və Səməd Vurğun qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR