Bank Of Baku

Son bir ildə İranda 6 yeni neft və təbii qaz yatağı kəşf edilib

Son bir ildə İranda 6 yeni neft və təbii qaz yatağı kəşf edilib
# 01 may 2012 10:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda son bir ildə təxminən 3 milyard barel neft və 850 milyard kubmetr təbii qaz ehtiyatlarına malik yeni yataqlar kəşf edilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İran Milli Neft Şirkəti açıqlama verib.

Xəbərdə 21 mart 2011 - 21 mart 2012 dövrünü əhatə edən bir illik müddətdə ölkə daxilində 6 yeni neft və təbii qaz yatağının kəşf olunduğu qeyd edilib. Bu yataqlardakı neft ehtiyatı 2 mlrd. 870 milyon barel, təbii qaz ehtiyatı isə 847 mlrd. kubmetr olaraq hesablanıb.

Qeyd edək ki, İranın neft naziri Rüstəm Qasımi ölkəsinin dünya neft ehtiyatlarının 12-15%-nə, təbii qaz ehtiyatlarının isə 17-20%-nə sahib olduğunu bildirib. İranın Neft Nazirliyi isə 21 mart 2011 - 21 mart 2012 dövrünü əhatə edən bir illik müddətdə ölkənin neftdən 60, neft-kimya məhsullarından da 14 mlrd. dollar gəlir əldə etdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR