Bank Of Baku

BP şirkətinin xalis mənfəəti 18%-dən çox azalıb

BP şirkətinin xalis mənfəəti 18%-dən çox azalıb
# 01 may 2012 13:00 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə BP neft-qaz şirkətinin xalis mənfəəti illik müqayisədə 18,5% azalaraq 7,25 mlrd. dollardan 5,92 mlrd. dollara enib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı maliyyə hesabatında bildirilir.

Bununla belə, hesabat dövründə BP-nin məcmu gəlirləri 9,3% artaraq 88,4 mlrd. dollardan 96,7 mlrd. dollara yüksəlib. Şirkətin vergiyə qədərki mənfəəti 8,92 mlrd. dollar təşkil edib ki, bu da ötən ilki göstəricidən (11,40 mlrd. dollar) aşağıdır.

Qeyd edək ki, BP “Royal Dutch/Shell”dən sonra dünyanın ikinci neft hasil edən şirkətidir. Mənzil-qərargahı Londonda yerləşən şirkətin işçilərinin sayı 80 minə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR