Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 01 may 2012 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il aprelin 1-nə müsbət 2,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks martın əvvəli ilə müqayisədə 2,2% faiz bəndi artıb.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. İndeksin müsbət olması anbarlarda mal ehtiyatlarının artmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il aprelin 1-nə sənaye müəssisələrinin anbarlarında 289,7 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu isə cari ilin martın 1-nə nisbətən 7,5 mln. manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR