Bank Of Baku

Azərbaycan və Türkiyə iyunun sonunadək TANAP layihəsi üzrə hökumətlərarası saziş imzalayacaq

Azərbaycan və Türkiyə iyunun sonunadək TANAP layihəsi üzrə hökumətlərarası saziş imzalayacaq
# 02 may 2012 08:44 (UTC +04:00)
APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse prezidenti Elşad Nəsirov bildirib.

O, danışıqları may ayının sonuna qədər yekunlaşdırmaq və iyunun 30-dək hökumətlərarası saziş imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Qeyd edək ki, tərəflər ötən ilin dekabr ayında TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Hökumətlərarası sazişin yazda imzalanması planlaşdırılsa da, təxirə salınıb.

Bəzi kütləvi informasiya vasitələrinin yazdığına görə, sazişin imzalanmasının ləngiməsi Türkiyənin layihədəki payını 50%-ə qədər artırmaq istəyi ilə bağlıdır. E.Nəsirov isə bunu təkzib edib: “Biz Türkiyə tərəfindən bununla bağlı heç bir təklif almamışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR