Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti benzin və dizel yanacağının ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti benzin və dizel yanacağının ixracını azaldıb
# 02 may 2012 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 5 476 ton avtomobil benzini, 82 222 ton dizel yanacağı və 5 501 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlki ayına nisbətən benzin ixracı 7,5%, təyyarə yanacağının ixracı 29,1% azalıb, dizel yanacağının ixracı isə 2,7% artıb.

Ümumilikdə, 2012-ci ilin yanvar-aprel ayları ərzində 24 650 ton avtomobil benzini, 326 393 ton dizel yanacağı və 36 273 ton təyyarə yanacağı ixrac edilib. Ötən ilin ilk dörd ayı ilə müqayisədə avtomobil benzininin ixracı 2,4%, dizel yanacağının ixracı 22,3% azalıb, təyyarə yanacağının ixracı isə 5,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR