Bank Of Baku

Boliviya İspaniyanın enerji şirkətini milliləşdirib

Boliviya İspaniyanın enerji şirkətini milliləşdirib
# 02 may 2012 15:34 (UTC +04:00)
Bakı - APA-Economics. Argentinanın ardınca Boliviya da İspaniya şirkətinin ölkədəki törəmə müəssisəsini milliləşdirib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Boliviya prezidenti Evo Morales səhmlərinin 99,94%-i İspaniyanın “Grupo Red Electrica de Espana” şirkətinə məxsus olan “Transportadora de Electricidad” kompaniyasının milliləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda buna səbəb kimi ispan şirkətinin öz törəmə müəssisəsinə investisiya qoyuluşunun yetərli səviyyədə olmaması göstərilib, hərbçilərə isə şirkətə məxsus bütün bina və qurğuları nəzarət altına almaq göstərişi verilib.

Qeyd edək ki, 2005-ci ilin dekabrında hakimiyyətə gələn Evo Morales ölkə iqtisadiyyatının bir sıra strateji sahələrində milliləşdirmə yolunu tutub. O, xarici neft-qaz şirkətlərini Boliviya üçün əlverişli şərtlərlə yenidən müqavilə bağlamağa və ya milli bazarı tərk etməyə məcbur edib. Boliviya prezidenti analoji proqramı metallurgiya və enerji sektorlarında da həyata keçirib.

Xatırladaq ki, aprelin 17-də Argentina hökuməti İspaniyanın “Repsol” neft-qaz şirkətinin törəmə müəssisəsi olan “Yacimientos Petroliferos Fiscales” (YPF) kompaniyasının milliləşdirilməsinə başladığını elan edib. Buna cavab olaraq İspaniya Argentinadan biodizel idxalını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR