Bank Of Baku

Almaniyada “benzin polisi” yaradılır

Almaniyada “benzin polisi” yaradılır
# 03 may 2012 08:04 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya Nazirlər Kabineti benzinin qiymətlərinə nəzarət etmək üçün xüsusi qurum yaradılması qərarına gəlib.

APA-Economics”in “Focus”a istinadən xəbərinə görə, yanacaqdoldurma məntəqələrinin sahibləri bundan sonra şərti olaraq “benzin polisi” adlandırılan bu qurum qarşısında cavabdehlik daşıyacaqlar. Onlar yanacağı kimdən və hansı qiymətlə aldıqları, benzinin qiymətindəki dəyişikliklər barədə “benzin polisi”nə məlumat verməlidirlər.

Almaniyanın iqtisadiyyat naziri Filipp Roesler qeyd edib ki, bu məlumatlar əsasında benzinin qiymətləri ilə kimlərin manipulyasiya etdiyini müəyyənləşdirəcəklər: “Bu qərarın qəbul olunmasına səbəb ölkədə yanacağın qiymətinin rekord həddə artmasıdır”.

Neft şirkətləri və müstəqil yanacaqdoldurma operatorları “benzin polisi”nin yaradılmasına qarşı çıxır, yaranmış situasiyada yalnız özlərinin günahkar olmadıqlarını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR