Bank Of Baku

Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işlərinə başlanılıb

Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işlərinə başlanılıb
# 04 may 2012 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəriqaz» İstehsalat Birliyi ölkənin qərb zonasının qazla təminatında böyük əhəmiyyətə malik Hacıqabul-Qazax magistral qaz kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə kəmərin 65-69-cu kilometrlik sahəsində yenidənqurma işlərinə başlayıb.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, uzunluğu 378,4 km olan 1 220/1 020 mm-lik Hacıqabul-Qazax magistral qaz kəməri 1979-cu ildə istifadəyə verilib. Bu kəmər vasitəsi ilə Mingəçevir Su Elektrik Stansiyası təbii qazla təchiz olunur, həmçinin Gürcüstana sutkada 2,5-4,5 mln. kubmetr həcmində «mavi yanacaq» ixrac olunur.
Kəmərdə təmir işləri «Azəriqaz» İB-nin sifarişi ilə «Neftqaztikinti» Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsi tərəfindən aparılır. Artıq 4,7 km-lik kəmərin 4 km-lik hissəsi inşa olunub və yoxlamadan keçirilib. Kəmərin 65-69-cu kilometrlərarası sahəsində yenidənqurma işlərinin mayın 15-dək başa çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR