Bank Of Baku

«Fitch Ratings» agentliyi «Azərenerji» ASC-yə investisiya reytinqi verib

«Fitch Ratings» agentliyi «Azərenerji» ASC-yə investisiya reytinqi verib
# 04 may 2012 09:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Fitch Ratings»in yaydığı məlumatda deyilir.

«Azərenerji» ASC-nin emitentin defoltunun xarici valyutada olan uzunmüddətli reytinqi «BBB-», qısamüddətli reytinqi isə «F3» səviyyəsində müəyyənləşib. Uzunmüddətli reytinq üzrə proqnoz isə «Pozitiv»dir.

«ASC-nin reytinqləri və emitentin defoltunun xarici valyutada olan uzunmüddətli reytinqi Azərbaycanın suveren reytinqləri ilə bir səviyyədədir («BBB-»/proqnoz «Pozitiv»/«F3»). Bu da onu göstərir ki, şirkətin ölkə hökuməti hüquqi, strateji və əməliyyat əlaqələri sıxdır», - deyə agentliyin məlumatında bildirilir.

«Azərnerji» 100% dövlətə məxsusdur və «Fitch Ratings» yaxın gələcəkdə şirkətin özəlləşdirilməsi ilə bağlı planlar olmadığına görə hüquqi əlaqələrdə ciddi dəyişikliyin olmayacağını hesab edir.

«Şirkət praktiki olaraq Azərbaycanın enerji istehsalı bazarında inhisarçıdır. Enerji satışı sahəsində də «Azərenerji» inhisarçı mövqeyinə malikdir və bu, şirkətin ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu göstərir. ASC rəhbərliyi birbaşa olaraq ölkə başçısı tərəfindən təyin olunur və şirkətin fəaliyyəti əsaslı sürətdə dövlət təşkilatları tərəfindən izlənilir, əsasən, büdcə və kapital qoyuluşları təhlili olunur», - deyə məlumatda bildirilir.

Dövlət tərəfindən «Azərenerji»yə subsidiyaların həcmi 2009-cu ildən 2011-ci ilədək 600 mln. manat təşkil edib. Bununla yanaşı, hökumətin tapşırığına əsasən, 2010-2011-ci illər üçün «Azərenerji»nin vergi və ticarət əməliyyatları üzrə 1,8 mlrd. manatlıq borcları silinib.

Şirkətin debitor borcların yığılması 2011-ci ildə 84%-ə çatıb və bununla da «Azerenerji»nin maliyyə mövqeyi möhkəmlənib: «Şirkətin likvidliyi aşağı səviyyədədir və müddəti keçmiş kreditlərə yanaşmadan asılıdır. Ötən ilin sonuna qısamüddətli borcun ümumi həcmi 298,8 mln. manat təşkil edib. Halbuki, şirkətin həmin müddətə 54 mln. manat həcmində vəsait qalığı və 362,5 mln. manatlıq kapital qoyuluşları ilə əlaqədar kredit xətləri olub.

«Fitch» hesab edir ki, ölkə hökuməti ilə əlaqələr sıx saxlanarsa, «Azərenerji»nin reytinqləri suveren reytinqlərin hər hansı pozitiv və ya neqativ dəyişikliyini əks etdirəcək: «Yaxın illərdə şirkətin hökumətlə əlaqələri zəifləməyəcək, əks təqdirdə reytinqin səviyyəsi azaldılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR