Bank Of Baku

Kişinyovda Moldova-Azərbaycan enerji forumu keçiriləcək - FOTO

Kişinyovda Moldova-Azərbaycan enerji forumu keçiriləcək - <font color=red>FOTO</font>
# 04 may 2012 09:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin ikinci yarısında Kişinyovda Moldova-Azərbaycan enerji forumunun keçirilməsi planlaşdırılır. Bununla bağlı qərar Kişinyovda keçirilən Moldova-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının III iclasında qəbul olunub.

Moldovanın Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və Moldovanın baş nazirinin müavini Yurie Lyankenin həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında iqtisadi, ticarət, aqrar, energetika, elm, texnoloji, humanitar, infrastruktur və sair sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair qərarlar qəbul edilib və hər iki ölkənin aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.

Xüsusilə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, aqrar sahədə müştərək müəssisələrin yaradılması, AGRI (Azerbaijan-Georgia-Romaniya Interconnector) layihəsində Moldovanın iştirakı barədə danışıqların davam etdirilməsi, müxtəlif sahələrdə təcrübə mübadiləsinin təşkil edilməsi barədə razılıq əldə olunub. İclasın yekunları ilə bağlı protokolda həmin işlərin təşkilinə dair hər iki ölkənin nazirlik və qurumlarına tapşırıqlar əksini tapıb.

Həmçinin, 2012-ci ilin noyabrında Azərbaycanın Moldovada, 2013-cü ilin mayında isə Moldovanın Azərbaycanda Mədəniyyət Günlərinin keçirilməsi barədə də qərar qəbul edilib.

Qeyd edək ki, hökumətlərarası komissiyanın növbəti iclası 2013-cü ildə Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR