Bank Of Baku

Qərb İxrac Boru Kəmərində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək

Qərb İxrac Boru Kəmərində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək
# 04 may 2012 17:47 (UTC +04:00)
Bakı-APA. Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin illik iş proqramının bir hissəsi olaraq Qərb İxrac Boru Kəmərində (QİBK, Bakı-Supsa) planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək. Plana əsasən profilaktik işlərin daha səmərəli aparıla bilməsi üçün QİBK may ayının 15-dən başlayaraq təqribən bir ay müddətinə öz ixrac əməliyyatlarını dayandıracaq. Bu barədə APA Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkətinə istinadən məlumat verir.

Bu profilaktik işlərə əsasən həm Azərbaycanda, həm də Gürcüstanda ərsin buraxma/qəbul etmə izolyasiya ventillərinin dəyişdirilməsinin davam etdirilməsi, nəzarət sisteminin təkmilləşdirilməsi və digər ümumi xarakterli mexaniki və nəzarət-ölçü cihazlarının profilaktikası daxildir.

Həmin müddətdə AÇG-nin bütün platformalarından, həmçinin Şahdəniz platformasından hasilat, BTC və Cənubi Qafqaz boru kəmərləri vasitəsilə ixrac əməliyyatları normal rejimdə davam edəcək. Ceyhan terminalından tankerlərin yüklənməsi və yola salınması plana uyğun aparılacaq.

Səngəçal terminalı öz gündəlik əməliyyatlarını QİBK-də aparılacaq profilaktik işlərlə bağlı planlarla uyğunlaşdıraraq normal davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR