Bank Of Baku

İran Milli Neft Şirkəti: Türkiyəyə neft ixracı azaldılmayıb

İran Milli Neft Şirkəti: Türkiyəyə neft ixracı azaldılmayıb
# 05 may 2012 14:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrandan Türkiyəyə neft ixracı azaldılmayıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər üzrə müdiri Möhsün Qəmsəri deyib.

O bildirib ki, Türkiyə İrandan neft ixracını 10% azaltmasını tələb etsə də, bu tələb hələlik həyata keçirilməyib: “Hazırda İrandan hər gün 170 min barel neft Türkiyəyə ixrac edilir”.

Qeyd edək ki, Türkiyə 2010-cu ildə İrandan 7 mln. 410 min barel neft idxal edib. 2010-cu ildən indiyədək Türkiyə İrandan neft idxalını artıraraq, günlük 180-200 min barelə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR