Bank Of Baku

Türkiyə Trans-Anadolu Qaz Boru Kəməri layihəsini ratifikasiya etməyə hazırlaşır

Türkiyə Trans-Anadolu Qaz Boru Kəməri layihəsini ratifikasiya etməyə hazırlaşır
# 07 may 2012 08:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Qaz Boru Kəməri layihəsinin (TANAP) həyata keçirilməsi barədə müqavilə ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə daxil olub.
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Türkiyə ilə Azərbaycan arasında TANAP müqaviləsi 2011-ci il oktyabrın 25-də İzmirdə imzalanıb. Müqaviləyə uyğun olaraq Azərbaycanda ildə hasil ediləcək 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri bu kəmər vasitəsi ilə Avropaya nəql olunacaq.
Qeyd edək ki, bu layihədə Azərbaycanın 80%-lik, Türkiyənin 20%-lik payı var. Layihənin təxmini dəyəri 5 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR